Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb.

İctimai Şuraya seçkilər vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında 06.07.2021-ci il tarixdə saat 10:00-dan 16:00-dək Xidmətin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında) gizli səsvermə yolu ilə seçiləcəkdir. 

Birgə yığıncaqda təmsilçisinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonları) göstərməklə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir. Məlumatlar 25.06.2021-ci il tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya info@migration.gov.az elektron poçtu vasitəsilə təqdim oluna bilər. İctimai Şuraya namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da İctimai Şuranın üzvlərinin seçilməsində iştirak edə bilər.


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış Azərbaycan Respublikası vətəndaşlarının

Siyahısı

  1. Ağalarlı Müşfiq Atamoğlan oğlu
  2. Sadıqov Mirfətta İsmayıl oğlu
  3. Həsənov Samir Akif oğlu
  4. Vəliyev Asim Nazimoviç, “Gənclərin töhfəsi” ictimai birliyi
  5. Əliyev Vüsal Yusif oğlu, “Sabaha inam” sosial inkişaf ictimai birliyi
  6. Kazımov Aqil Qədim oğlu, “Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyi
  7. Əliyev Emin Fazil oğlu, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” ictimai birliyi
  8. Nəsirova İradə Polad qızı, “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyi
  9. Kərimova Səbinə Aqil qızı, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” ictimai birliyi
  10. Rəhmanlı Şahin Elman oğlu, “İrəli” ictimai birliyi
  11. Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi
  12. Kərimova Lamiyə Ağa qızı, Psixososial Reabilitasiya və İnkişaf ictimai birliyi
  13. Məmmədov Kazım Eldar oğlu, “Gələcək” intellektual inkişafa yardım ictimai birliyi
  14. Əsgərov Fuad Füzuli oğlu, “Qan Donarları Assosiasiyası” ictimai birliyi
  15. Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi
  16. Əliyev Şəmsəddin Mənsur oğlu, “Polisə Dəstək” ictimai birliyi
  17. Kətanov Məmməd Teymur oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
  18. Haşımova Aydan Bəhərçin qızı, “Miqrasiya Könüllüsü” ictimai birliyi
  19. Quliyeva Nigar Qələbə qızı
  20. Dadaşova Şərqiyə Ənvər qızı, “Regional Gender Mərkəzi” ictimai birliyi
  21. Mehtiyeva Rahilə İbrahim qızı, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi
  22. Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyi
  23. Allahverənov Azər Kərim oğlu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” ictimai birliyi
  24. Səfərova Zəminə Yediyar qızı, “İnkişaf və Rifah Naminə” ictimai birliyi
  25. Vəliyeva Fəridə Talıb qızı, “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyi
  26. Ağayeva Zenfira Hüseyn qızı, “Sahibkar Qadınlar” ictimai birliyi
  27. Məmmədova Kəmalə Natiq qızı, İnjuria hüquq jurnalı
  28. Gül Ətrabə Bayram qızı, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” ictimai birliyi
  29. Mustafayeva Samirə Vəli qızı, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi
  30. Nağıyev Elşən Raqub oğlu, “Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə” ictimai birliyi