Dövlət Miqrasiya Xidməti işgüzar dairələrlə qarşılıqlı informasiya mübadiləsi tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasında şəffaf biznes mühitinin daha da artırılması, iş adamlarına əlverişli şəraitin yaradılması, sahibkarlara dövlət qayğısı siyasətinə uyğun olaraq, Dövlət Miqrasiya Xidməti işgüzar dairələrlə əlaqələrin gücləndirilməsi, faydalı diskusiyalar, işəgötürənlərin maarifləndirilməsi və qarşılıqlı informasiya mübadiləsi tədbirlərini davam etdirir.
Biznes qurumlarının assosiativ təmsil olunduqları təşkilatlar, habelə fərdi işəgötürənlərlə görüşlərin keçirilməsi həlli vacib olan məsələlərin araşdırılmasına, qanunvericilikdə nəzərdə tutulmuş dəyişiklərin müzakirəsinə və digər fəaliyyət istiqamətində effektivliyinin artırılmasına xidmət edir.
Sahibkarlara zəruri məlumatların verilməsi, əcnəbi işçi qüvvəsinə tələbatların təmin edilməsi zamanı yaranan çətinliklərin müzakirəsi, qarşıdakı il üçün əməkçi miqrantlara olan ehtiyaclara dair proqnoz məlumatların hazırlanması, digər faydalı və vacib mövzuların müzakirəsi məqsədilə, 2019-cu il may ayının 30-da saat 15-də Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 1222 ünvanında “Caspian Business Hotel” mehmanxanasının (Bakı Kondisioner Zavodunun yaxınlığı) konfrans zalında Dövlət Miqrasiya Xidmətinin rəhbər heyətinin ölkəmizdəki iş adamları ilə görüşü olacaq.
Tədbirə müəssisə rəhbərlərini (yaxud hüquqşünasları və ya kadr məsələləri üzrə məsul şəxsləri), o cümlədən yerli və xarici fərdi sahibkarları dəvət edirik.
Tədbirdə iştirak etmək istəyənlər qısa məlumatı (iştirakçıların adı, soyadı, say tərkibi, işlədiyi müəssisə) 24 may 2019-cu il tarixədək shafaq.t@migration.gov.az e-mail ünvanına göndərməlidirlər.
Əlaqə telefonları: (+994 12) 567 02 76, (+994 50) 225 15 88