Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması, əmək fəaliyyəti, hüquq və vəzifələri, o cümlədən məsuliyyəti ilə bağlı qanunvericiliyin öyrənilməsi üzrə:

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşaması;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyəti;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri.

Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi üzrə:

- Azərbaycan Respublikası - əsas faktlar (Azərbaycan Respublikasının ərazisi, əhalisi,  dövlət sərhədləri, siyasi quruluş, paytaxtı, dövlət dili, coğrafi məlumatlar (şəhərlər, dağlar, çaylar, göllər, adalar);

- Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev;

- Azərbaycan Respublikasının dövlət rəmzləri (Dövlət Bayrağı, Dövlət Gerbi, Dövlət Himni);

- Rəsmi bayramları və xatirə günləri;

- Azərbaycanın müasir tarixi (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Azərbaycan Respublikası);

- Qan yaddaşı (Xocalı soyqırımı, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, 27 sentyabr –Anım Günü.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur