Təlim-tədris mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasında yaşayan əcnəbilərin yerli şəraitə uyğunlaşdırılması işini təşkil etməkdir.

Miqrasiya Məcəlləsinin 76.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.

Bu məqsədlə Təlim-tədris mərkəzində aidiyyəti dövlət orqanlarının iştirakı ilə Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üzrə təlim-tədris işi təşkil edilmişdir.

Mərkəz tərəfindən aşağıdakı istiqamətlər üzrə təlimlər keçirilir:

Azərbaycan Respublikasının dövlət dili (danışmaq, dinləmək, oxumaq və yazmaq);

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyinin tələbləri;

- Azərbaycan Respublikasının müasir  tarixi;

- Azərbaycanın mədəniyyəti.

Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ ! 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzi Azərbaycan Respublikasında yaşayan və daimi yaşama icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi məqsədilə kurslar təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı telefon nömrəsi vasitəsilə müraciət edə bilərlər.

Tel: (012) 919

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur