Əsasnaməyə müvafiq olaraq Təlim-tədris mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- miqrasiya orqanları işçilərinin peşə hazırlığının və ixtisaslarının artırılmasını həyata keçirmək;
- Azərbaycan Respublikasında yaşayan əcnəbilərin yerli şəraitə uyğunlaşdırılması işini təşkil etmək;
- miqrasiya siyasətinin formalaşdırılmasının inkişafına və təkmilləşdirilməsinə dair elmi tədqiqatların aparılmasını təmin etmək;
- miqrasiya orqanlarının işçilərinin mədəni tələbatlarının ödənilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış Xidmətin kitabxana fondunun saxlanması və ondan istifadə olunmasını təmin etmək.