Respublikanın istənilən regionundan stasionar telefonlardan habelə, bütün mobil operatorlardan (012) 919 nömrəsini yığaraq  Çağrı Mərkəzinin xidmətlərindən istifadə edə bilərsiniz.

(012) 919-a zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər (012) 919-a zəng edib müvafiq düyməni seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman (012) 919-a zəng etdikdən sonra müvafiq düymə seçilməzdən öncə * (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar.

Xidmətdən istifadə qaydası

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə zəng etmiş şəxslərə 3 dildə müraciət etmək imkanı verilir. Belə ki, azərbaycan dili, rus dili və ingilis dilində müvafiq olaraq «1»«2»«3» düymələrini seçdikdən sonra operatora bağlanmaq istəyirsinizsə «0» düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi azərbaycan dili üçün «919-1-0», rus dili üçün «919-2-0», ingilis dili üçün «919-3-0» olacaqdır. Əgər dil seçimi etdikdən sonra xidmətlərlə bağlı məlumat almaq istəyirsinizsə «1» düyməsini seçdikdən sonra olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq icazəsi, daimi yaşamaq icazəsi və əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul  olması barədə məlumat almaq üçün müvafiq olaraq «1», «2», «3», «4», «5» düymələrini seçirsiniz. Bu zaman ümumi menyu sxemi müvafiq olaraq azərbaycan dili üçün «919-1-1», «919-1-2», «919-1-3», «919-1-4», «919-1-5»; rus dili üçün «919-2-1», «919-2-2», «919-2-3», «919-2-4», «919-2-5»; ingilis dili üçün isə «919-3-1», «919-3-2», «919-3-3», «919-3-4», «919-3-5»

Dövlət Miqrasiya Xidmətinin iş rejimi barədə məlumat almaq istəyirsinizsə dil seçimi etdikdən sonra «2»düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi azərbaycan dili üçün «919-1-2»; rus dili üçün «919-2-2»; ingilis dili üçün «919-3-2» olacaqdır.   Ətraflı

 

 

Nəzərinizə çatdırırıq ki, 919 Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir. 

 

Dövlət Miqrasiya Xidmətində Çağrı Mərkəzi 2008-ci ildə Miqrasiya məlumat mərkəzi kimi fəaliyyətə başlamış, 2010-cu ildən ilkin olaraq bölmə (Miqrasiya məlumat bölməsi), daha sonra isə şöbə (Miqrasiya məlumat şöbəsi) kimi işini davam etdirmişdir. Xidmət rəisinin 29 aprel 2015-ci il tarixli 49 nömrəli əmri ilə Miqrasiya məlumat şöbəsinin adı dəyişdirilərək Çağrı mərkəzi şöbəsi adlandırılmışdır.

Çağrı mərkəzi şöbəsi vətəndaş məmnunluğunun və qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi üçün daxil olmuş müraciətlər əsasında təhlillərin aparılması məqsədi ilə təşkil olunmuşdur.

Çağrı mərkəzi şöbəsinin təyinatı Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı (Xidmətin səlahiyyətlərinə dair) sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti göstərilməsindən, təklif və şikayətlərin qəbulu, aidiyyəti üzrə yönəldilməsindən ibarətdir.

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Vətəndaşlar həftənin hər günü 24 saat ərzində İnteraktiv Səsli Cavablandırma sistemi vasitəsilə miqrasiya qanunvericiliyi barədə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) avtomatlaşdırılmış qaydada ətraflı məlumat əldə edə bilərlər.

Vətəndaşlar miqrasiya qanunvericiliyi ilə bağlı suallarını eyni zamanda Çağrı Mərkəzinin “Online bələdçi” xidməti, Xidmətin rəsmi “twitter” səhifəsi vasitəsilə də ünvanlaya bilərlər.

Çağrı mərkəzi şöbəsinin əsas vəzifələri aşağıdakılardır:

- miqrasiya sahəsində hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;

- şəxsləri miqrasiya orqanlarına müraciət etmə və elektron xidmətlərdən istifadə qaydaları barədə məlumatlandırmaq;

- miqrasiya orqanlarına ünvanlanan təklif, ərizə və şikayətlərin, o cüm­lədən elektron müraciətlərin icra vəziyyəti barədə məlumat vermək;

- miqrasiya orqanlarına müraciət zamanı müraciətin məzmunundan asılı olaraq tələb olunan sənədlər barədə məlumat vermək;

- daxil olan sualları təhlil etməklə miqrasiya qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud ziddiyyətlərin aradan qaldırılmasına dair təkliflər vermək;

- miqrasiya orqanları tərəfindən tətbiq edilən inzibati tənbeh tədbirləri barədə daxil olan sualları (sorğuları) cavablandırmaq;

- miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları barədə müraciətləri qəbul etmək;

Çağrı mərkəzi şöbəsində aparılan telefon danışıqları qeydə alınır və bu barədə müraciət edən şəxsə əvvəlcədən məlumat verilir.

Çağrı mərkəzi şöbəsi canlı rejimdə müraciətləri fasiləsiz olaraq cavablandırır. 

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təklifləri 919@migration.gov.az elektron poçt ünvanı, 919 Çağrı Mərkəzi və onun “onlayn bələdçi” xidməti, Dövlət Miqrasiya Xidmətinin rəsmi "Facebook", "İnstagram" və “Twitter” səhifəsi vasitəsilə bildirmək mümkündür.

- canlı rejimdə fəaliyyət zamanı: 

  • miqrasiya qanunvericiliyinə dair sualların cavablandırılması;
  • elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması;
  • elektron xidmətlərdən istifadə zamanı yaranmış çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsi;
  • qanunsuz miqrasiya ilə bağlı məlumatların qəbulu;
  • miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları barədə müraciətlərin qəbulu;
  • miqrasiya orqanlarına ünvanlanan təklif, ərizə və şikayətlərin, müraciətlərin, o cümlədən elektron müraciətlərin icra vəziyyəti barədə məlumatın verilməsi;
  • buraxılmış zənglərlə əks əlaqə yaradaraq müvafiq xidmətin göstərilməsi;

- avtomatik rejimdə fəaliyyət zamanı:

  • Olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı məlumatın verilməsi;
  • Müvəqqəti olma müddətinin uzadılması ilə bağlı məlumatın verilməsi;
  • Müvəqqəti və daimi yaşamaq üçün icazənin alınması ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatın verilməsi;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması barədə məlumatın verilməsi;
  • Dövlət Miqrasiya Xidmətinin iş rejimi barədə məlumatın verilməsi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur