newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Səfir Erkan Özoralı təyinatı münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanla Türkiyə dövlətləri arasında mövcud olan səmimi, qardaş münasibətdən danışıb.

Bildirilib ki, tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın ölkələrdir. Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və əminlik ifadə olunub ki, bu səylər bundan sonra da davam etdiriləcək.

F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.

Səfir də öz növbəsində Dövlət Miqrasiya Xidmətinin rəisinə səmimi görüşə və təbrikinə görə təşəkkür edib. Diplomat Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. İki öl­kə ara­sın­da əla­qə­lə­rin da­ha da in­ki­şa­fı na­mi­nə səy­lə­ri­ni əsir­gə­mə­yə­cə­yi­ni vur­ğu­la­yıb.

Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur