newsPhoto

Milli Qurtuluş Günü Dövlət Miqrasiya Xidmətində qeyd olunub

 

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib. Dövlət Himninin ifası ilə başlayan tədbiri Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev açaraq xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Qurtuluş Gününün əhəmiyyətindən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub, anarxiya və xaosun qarşısı alınıb, ictimai-siyasi proseslər normal məcraya yönəldilib.

Sonra müstəqil Azərbaycan dövlətinin mövcudluğunda Qurtuluş Gününün rolundan danışılıb, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız tərəfindən heç vaxt unudulmayacağı vurğulanıb. Çünki, Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaradıldığı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğuna başlanıldığı bildirilib. Həmçinin, Ulu öndər Heydər Əliyevin vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan tarixi bir şəxsiyyət olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu inkişaf nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutub və əsl söz sahibinə çevrilib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev ulu öndərin siyasi xəttini uğurla davam etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığına münasibətdə göstərdiyi prinsipial mövqe, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, vətəndaşlara qayğısı bunun əyani təcəssümüdür.

Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxıblar.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur