newsPhoto

  Dövlət Miqrasiya Xidməti tərəfindən 1 nömrəli körpələr evinə yardım olunub  

 

Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub və müəssisədə müasir standartlar səviyyəsində hər cür şərait yaradılıb. Bu bərədə 1 nömrəli körpələr evinin baş həkimi Nəhayət Əliyeva müəssisənin sakinlərinə baş çəkən Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı ilə görüşdə bildirib. Məlumat verilib ki, hazırda bu körpələr evində 3 yaşınadək 56 uşaq yaşayır. Son illər ölkəmizdə uşaq evləri və internat məktəblərinin yenidən qurulmasına və bu müəssisələrdə yerləşdirilən uşaqlara xüsusi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.

Sonra Xidmət əməkdaşları uşaqların şəraiti ilə yaxından tanış olublar. Əsasən uşaq bezi, oyuncaqlar, geyim əşyaları və uşaq yeməklərindən ibarət sovqat körpələr evinə təqdim edilib. Aksiya xeyriyyə məqsədilə təşkil olunub. Körpələr evinin kollektivi Dövlət Miqrasiya Xidmətinin bu nəcib addımını yüksək qiymətləndirib. 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur