newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rəsmi səfərdə olub

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin noyabr ayının 26-da Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 18-ci iclasında iştirak edib.

Noyabrın 27-də MDB iştirakçı dövlətlərin miqrasiya orqanları rəhbərlərinin və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi MDB iştirakçı dövlətlərin Parlamentlərarası Assambleyasının “Beynəlxalq miqrasiya: problemlər, əməkdaşlıq və inkişaf perspektivləri” mövzusunda 43-cü Plenar iclasında Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri “Miqrantların hüquqlarının qorunmasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti” mövzusunda çıxış edib. Çıxışda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi”, ölkəmizdə miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində atılmış addımlar, miqrasiya sahəsində mövcud beynəlxalq əməkdaşlıq və bu əməkdaşlığın perspektivləri haqqında iştirakçılara məlumat verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur