newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Cenevrəyə səfəri çərçivəsində  Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb

Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda iki gün davam edən  beynəlxalq konfransda iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səfəri çərçivəsində  Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb.

Görüşdə BMqT ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş direktor bu ilin sentyabrında Azərbaycana səfəri zamanı  Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. U.L.Sinq Azərbaycanda miqrasiya sahəsində formalaşdırılmış innovativ işlərlə bağlı gördüklərini keçirdiyi çoxsaylı görüşlərdə dünya ölkələri üçün yaxşı nümunə kimi qeyd etdiyini vurğulayıb.

Xidmət rəisi Firudin Nəbiyev ölkəmizlə bağlı xoş sözlərə görə Uilyam Leysi Sinqə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətinin bu əməkdaşlığa çox böyük önəm verdiyini bildirib.

Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur