Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin peşəkar inkişafına dəstək” adlı Tvinninq layihəsinin 5-ci Rəhbərlik görüşü keçirilmişdir

Mayın 2-də Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin peşəkar inkişafına dəstək” Tvinninq layihəsinin Rəhbər Komitəsinin 5-ci görüşü keçirilmişdir. Görüşdə layihənin Avropa İttifaqından tərəfdaş ölkələri olan Niderland, Rumıniya və Latviyadan nümayəndələr, benefisiar ölkə tərəfindən layihə rəhbəri, layihə üzrə əlaqələndirici şəxs, Komponent rəhbərləri, həmçinin Avropa İttifaqı nümayəndəliyinin və İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı iştirak etmişlər.

Görüş zamanı ötən rüb ərzində layihə çərçivəsində həyata keçirilmiş tədbirlərlə bağlı aparılmış monitirinq nəticəsində hazırlanmış hesabat müzakirə edilmiş və DMX əməkdaşlarının peşəkarlıqlarının daha da artırılması sahəsində  əldə olunmuş nəticələr müsbət qiymətləndirilmişdir.

5-ci Rəhbərlik görüşündə layihənin son altı ayında təşkil ediləcək tədbirlər barədə də müzakirələr aparılmışdır.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti