Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətində İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal Ofisinin əməkdaşları ilə görüş keçirilmişdir

30 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal Ofisinin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Pərviz Musayev hazırki dövrə qədər Azərbaycan Respublikasında miqrasiya proseslərinin ümumi vəziyyəti, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat vermişdir.

 

İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal Ofisinin Beynəlxalq əməkdaşlıq direktorluğunun Üçüncü ölkə və mənşə ölkələri söbəsinin rəhbəri Karl Lorens yaxın zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi və readmissiya sazişinin imzalanacağının nəzərdə tutulduğunu bildirmişdir. Qeyd etmişdir ki, saziş imzalandıqdan sonra müvafiq sahələr üzrə iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılacağı nəzərdə tutulmuşdur.

 

Görüşdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal Ofisi arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti