Dövlət Miqrasiya Xidmətinin rəisi Flippinin senatoru Edqardo Anqaranı qəbul etmişdir
25 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Korrupsiyaya qarşı Ümumdünya Parlamentarilərin Qlobal Təşkilatının sədri, senator cənab Edqardo Anqaranı qəbul etmişdir.
Görüşdə həmçinin Flippinin Türkiyə Respublikasındakı Səfirliyinin konsulu xanım Leylani Feliçiyano və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da iştirak etmişdir.
Qonaqları səmimi salamlayan cənab F.Nəbiyev ölkədə miqrasiya prosesləri, daxili və xarici miqrasiya axınları, Dövlət Miqrasiya Ximətinin yaranma tarixi, fəaliyyəti stiqamətləri barədə ətraflı məlumat vermişdir. Xidmət rəisi bildirmişdirki, Azərbaycanın sürətli iqtisadi inkişafı nəticəsində ölkəmizə miqrant axını daha da sürətlənmişdir.
Altı il öncə yaradılan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə danışan cənab F.Nəbiyev qeyd etmişdir ki, hazırda Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla müvəqqəti və daimi yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsivə.s səlahiyyətləri həyata keçirir. Cənab Firudin Nəbiyev həmçinin vurğulamışdır ki, əcnəbilərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır, təşkilati tədbirlər həyata keçirilir, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması sahəsində göstərilən xidmətlər təkmilləşdirilir, elektron informasiya resursları yaradılır.
Miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən çoxtərəfli əməkdaşlığın həyata keçirildiyini bildirən Xidmət rəisi, bu sahədə müəyyən təcrübə mübadiləsinin əldə olunması məqsədi ilə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan layihə və tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının yaxından iştirak etdiyini vurğulamışdır.
Cənab Edqardo Anqara isə öz növbəsində qısa zaman ərzində görüşün təşkili üçün Xidmət rəisinə təşəkkürünü bildirmiş və görüşdən məmnunluğunu dilə gətirmişdir. Bildirmişdir ki, Flippin əhalisinin on faizi xaricdə yaşayan miqrantlardan ibarətdir və bu mənada Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüş onların maraqları çərçivəsindədir.
Cənab senator 2015-ci ildə Azərbaycanda dünya parlamentarilərinin korrupsiyaya qarşı beynəlxalq konfransının keçirilməsi üçün aparılan hazırlıq işləri barədə də məlumat vermişdir.
Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak hər iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin qurulmasında və inkişafında hər zaman yardımçı olacaqlarını dilə gətirmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən cənab Edqardo Anqara qısa zamanda Azəbaycanda gördüyü ictimai, siyasi və iqtisadi inkişafdan da bəhs etmişdir.
Görüşdə həmçinin Azərbaycanla Flippin arasında gələcəkdə sıx əməkdaşlığın yaradılmasından söhbət açılmış, miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuş, bu istiqamətdə informasiya və təcrübə mübadiləsinin vacibliyi qeyd edilmişdir.
Hər iki tərəf gələcəkdə ölkələr arasındakı inkişafın daha da sürətlənməsi üçün birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd etmişlər.
Sonda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti adından cənab Edqardo Anqaraya və xanım Leylani Feliçiyanoya xatirə hədiyyələri təqdim olunmuşdur.