Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Rusiya Federasiyasının Azərbaycandakı səfirini qəbul etmişdir

12 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul etmişdir.

Görüşdə Xidmət rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, həmçinin son dövrlər Azərbaycan Respublikasının qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat vermişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Vladimir Doroxin, təmsil etdiyi ölkənin səfirliyi ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Göruş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin inkişafından danışılmış, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilmişdir. Bildirilmişdir ki, iki ölkənin müvafiq qurumları arasında mövcüd olan səmərəli iş birliyi bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Görüşdə tərəfləri miqrasiya sahəsində maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti