Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşmüşdür

29 Dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşmüşdür.

Çıxışına müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əlıiyevin müəllifi olduğu “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sitatı ilə başlayan Xidmət rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa olunmuş şəxsləri bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara dövlətimizə layiqli vətəndaş olmağı arzulamışdır. 

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul edilənlər arasında vətəndaşlığı olmayan şəxslərüstünlük təşkil etmişdir.

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul edilənlər 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində iki qat sevinc bəxş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmiş, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını ifadə etmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur