Dövlət Miqrasiya Xidmətində “dəyirmi masa” keçirilmişdir

6 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə yeni təyin olunmuş müşaviri Namik Atanı,eləcə də“Azərbaycan Türk Sənayeçi və İş Adamları” Beynəlxalq Birliyinin (TÜSİAB) və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) nümayəndələrini və şirkət rəhbərlərini qəbul etmişdir.

 

Xidmət rəisi Firudin Nəbiyev Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə iqtisadiyyatının sürətli inkişafına nail olunduğunu, nəticədə Azərbaycan Respublikasının miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini qonaqların nəzərinə çatdırmışdır. F.Nəbiyevqeyd etmişdir ki, Azərbaycanın iqtisadi inkişafı nəinki xarici investisiyaların axınını sürətləndirir, həmçinin, burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin də sayının artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini tələb edir. Xidmət rəisi bildirmişdir ki, yeni iş yerlərinin açılması əməkçi miqrantları respublikaya cəlb etsə də, cənab Prezidentin çıxışlarında dəfələrlə vurğuladığı kimi ilk növbədə yerli əmək bazarının potensialından istifadə olunmalıdır. F.Nəbiyev miqrasiya proseslərinə nəzarətin gücləndirilməsinin zəruriliyini bir daha dilə gətirmiş, habelə respublikamızda fəaliyyət göstərən şirkət rəhbərlərinin də ölkə qanunlarına riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırmışdır.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Namik Ata Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmiş və bu əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

 

Daha sonra şirkət rəhbərlərininproblemləri və təklifləri dinlənilmiş, onlarınhəlli istiqamətində müzakirələr aparılmış və gələcəkdə yarana biləcək problemlərin aradan qaldrılacağı diqqətə çatdırılmışdır.

Görüşdən məmnunluqlarını ifadə edən qonaqlar Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən razı qaldıqlarınıvə səmimi qəbula görə Xidmət rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur