Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqənin test mərhələsi sentyabrın 2-də keçiriləcək

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar 2 iyul 2012-ci il tarixdən 3 avqust 2012-ci il tarixədək elan olunmuş sənəd qəbulu başa çatmışdır. Müsabiqənin test mərhələsi 2012-ci il sentyabr ayının 2-də  Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında – Bakı Qızlar Universitetinin inzibati binasında saat 11:00-da keçiriləcəkdir. Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi ”ni 30 avqust  2012-ci il tarixədək (30 avqust daxil olmaqla) saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanından - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur