Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul etmişdir

18 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miq­ra­si­ya Xidmətinin rəisi, III də­rəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Şerin Pollinini qəbul etmişdir.

 

Qonağı səmimi salamlayan Xidmət rəisi Firudin Nəbiyev rəhbəri olduğu qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs etmiş, BQXK-nin müharibə zonasında yaşayan şəxslərin müəyyən problemlərinin həlli istiqamətində fəaliyyətindən məmnunluq hissi duyduğunu ifadə etmiş və keçirilən ikitərəfli görüşlərin tərəflər üçün əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

 

BQXK-nin 1992-ci ildən Azərbaycanda fəaliyyətə başladığı barədə  geniş məlumat verən Şerin Pollini təşkilatın Azərbaycandakı fəaliyyət istiqamətləri haqqında ətraflı danışmış, əsasən humanitar fəaliyyətlə məşğul olduqlarını, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində axtarış sorğularının aparılması, əsir və girov götürülmüş şəxslərin qaytarılması istiqamətində işlər apardıqlarını vurğulamışdır.

 

Görüş zamanı qonaqları miqrasiya sahəsində maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

Görüşdə BQXK-nin Müdafiə proqramının koordinatoru Qvenell Fontana da iştirak etmişdir.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti