Azərbaycan Respublikasının miqrasiya orqanlarına yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir
18 mart 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanından müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikasının miqrasiya orqanlarına yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir.
Andiçmə mərasimi Dövlət bayrağının Xidmətin Heydər Əliyev muzeyinə gətirilməsi ilə başlanmışdır. Xidmət əməkdaşları dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içmişlər.
Mərasimin sonunda əməkdaşlara şəhadətnamələr təqdim olunmuşdur.