Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul elan edir

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına 1 mart 2011-ci il tarixdən 8 aprel 2011-ci il tarixədək müsabiqə elan edir.

 

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin  tələblərinə uyğun olaraq aparılır.


Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində (şənbə və bazar günləri istisna olmaqla) müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının  inzibati binasına -  Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına təqdim etməlidirlər. Müsabiqəyə çıxarılmış vakant vəzifələr haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsabiqədə üstünlük verilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti