Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Hindistanın Azərbaycandakı səfiri Debnad Şounu qəbul etmişdir

5 Oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Hindistanın ölkəmizdəki səfiri Debnad Şounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

 

Xidmət rəisi miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin mühüm əhəmiyyətindən, Azərbaycan Respublikasına gələn əcnəbilərə qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınma prosedurunun sadələşdirilməsindən və bu sahədə şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat vermişdir.        

 

Səfir Debnad Şou səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirmişdir.

 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti