Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatı

Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) növbəti - 8-ci iclasının 29 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində keçirilməsi planlaşdırılmışdır. Tədbirdə MDB iştirakçı dövlətlərində miqrasiya sahəsində vəziyyətin, “MDB iştirakçı dövlətlərinin 2009-2011-ci illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə” Proqramın icrasının, “MDB iştirakçı dövlətlərinin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə” Proqramın hazırlanmasına dair təkliflərin və bu kimi digər məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur