Dövlət Miqrasiya Xidmətinin rəisi  Arzu Rəhimov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyətini qəbul etmişdir

14 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi  II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Hans Peter Boenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Tərəflər arasında qarşılıqlı əməkdaşlıq, bu və digər məsələlərlə əlaqədar müzakirələr aparılmışdır. 

 

Görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin də iştirak etmişdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti