Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətində olmuşdur

9 Fevral 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Arun Sala-Nqarmı qəbul etmişdir.

 

Qonağı səmimi salamlayan Arzu Rəhimov rəhbəri olduğu qurumla nümayəndəlik arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq hissi duyduğunu ifadə etmiş və keçirilən görüşlərin tərəflər üçün əhəmiyyətli olacağına bir daha əminliyini bildirmişdir.  

 

Görüş zamanı Arzu Rəhimov qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermiş və sözügedən sahədə qarşılıqlı məlumat mübadiləsi təklifini irəli sürmüşdür.

 

Arun Sala-Nqarm öz növbəsində səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirmişdir. Qonaq cari ildə də təmsil etdiyi qurumun nümayəndəliyi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən ixtisaslı kadrların hazırlanması üçün müvafiq treninq və seminarların, təcrübə mübadilələrinin təşkili işinin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

 

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti