Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Dövlət Miqrasiya Xidmətində olmuşdur

13 Yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Jan Lukas İnayat van Hoornu qəbul etmişdir.

 

Görüşdə Arzu Rəhimov Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, həmçinin son bir il ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat vermişdir.

 

Səmimi qəbula görə təşəkkür edən səfir Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlara maraq göstərdiyini, gələcəkdə iki dost ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

 

Görüşdə miqrasiya sahəsində maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.


Qonaq Xidmətdə Heydər Əliyevin xatirə otağı ilə tanış olmuşdur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti