Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti  Litva Respublikasında rəsmi səfərdə olmuşdur

13-16 Dekabr 2009-cu il tarixlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva  Respublikasının Miqrasiya Departamentinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.

 

Səfər çərçivəsində ikitərəfli görüşlər keçirilmiş, Azərbaycanla Litva arasında miqrasiya sahəsində münasibətlərin qurulması və inkişafı məsələləri müzakirə edilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur