Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirini qəbul etmişdir

29 sentyabr 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Adel Məhəmməd Adailehi qəbul etmişdir.

 

Qonağı səmimi salamlayan xidmət rəisi Arzu Rəhimov dost ölkələr olan İordaniya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu, bu görüşün ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminliyini bildirmişdir.

 

Səmimi qəbula görə minnətdarlıq edən səfir Adel Məhəmməd Adaileh bildirmişdir ki,  İordaniya Kralı II Abdullahın Azərbaycana və Prezident İlham Əliyevin İordaniyaya səfərləri, keçirilmiş yüksək səviyyəli görüşlər və danışıqlar öz bəhrəsini vermiş, ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq yaranmışdır.

 

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.        

 

Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə tanışlıqdan məmnunluğunu ifadə edən səfir hər iki tərəfin gələcəkdə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirmiş, quruma gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti