Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Norveç Krallığının Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir
24 Noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov ölkəmizdə səfərdə olan Norveç Krallığının Ədliyyə və Polis İşləri Nazirliyinin Baş katibi Morten Ruudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Arzu Rəhimov Azərbaycanda miqrasiya proseslərindən, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, bu sahədə görülən işlərdən və qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışmışdır.
Görüşdə Azərbaycanla Norveç arasında miqrasiya sahəsində ikitərəfli münasibətlərin qurulması və inkişafı məsələləri müzakirə edilmişdir.
Morten Ruud Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovu Norveç Krallığına dəvət etmişdir.
Tədbirdə Norveç Krallığının ölkəmizdəki səfirinin birinci katibi Lars Xansen də iştirak etmişdir.