Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində seminar keçirilmişdir

Avqustun 14-də Dövlət Miqrasiya Xidmətində “Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı mövcud qanunvericiliyə edilmiş əlavələr və dəyişikliklərin tətbiqi və aidiyyəti orqanların fəaliyyətinin bu sahədə əlaqələndirilməsi” mövzusunda seminar keçirilmişdir.


Azərbaycan Respublikasının daxili işlər, xarici işlər, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlməsi və ölkədən getməsi, eləcə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları”, “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyatları”, “Miqrasiya sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi” və “Qanunsuz miqrasiyaya qarşı mübarizə mövzularında çıxışlar edilmişdir.


Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur