Dövlət Miqrasiya Xidmətinin rəisi MDB üzv dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclasında iştirak etmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov 2009-cu il mayın 14-15-də MDB üzv dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının Kazanda keçirilən 5-ci iclasında iştirak etmişdir.
İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna miqrasiya orqanlarının rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin, Avropa birliklərinin Rusiyadakı komissiyasının nümayəndələri iştirak etmişlər.
Toplantıda MDB üzv dövlətlərinin miqrasiya sahəsində vəziyyətilə bağlı məlumatlar dinlənilmişdir.
İştirakçılar “Əməkçi miqrantların MDB dövlətlərində əmək fəaliyyətini həyata keçirmələrinə dair mütəşəkkil cəlbetmə” konsepsiyası layihəsinə hazırlıq və üzv dövlətlərin miqrasiya orqanları arasında, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur