Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşları və Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin vəzifəli şəxsləri arasında görüş keçirildi

5 sentyabr 2008-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin inzibati binasında DMX-nin məsul əməkdaşları və Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin vəzifəli şəxsləri arasında Azərbaycan Respublikasının miqrasiya haqqında qanunvericiliyinə edilmiş son dəyişikliklərlə bağlı sonuncuların təşəbbüsü ilə görüş keçirildi.
Görüş zamanı son illərdə dünyada və Azərbaycanda baş verən miqrasiya prosesləri və Dövlət Miqrasiya Xidmətinin yaradılması zərurətindən danışılmışdır.
Bununla yanaşı Dövlət Miqrasiya Xidmətinin rəis müavini miqrasiya sahəsində qanunvericilik və bu sahədə edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat vermiş və ölkəmizdə qanunsuz olan əcnəbilərin öz statuslarını qanuniləşdirmələrinin zəruriliyini bildirmişdir. P. Musayev, diplomatik korpusun nümayəndələrindən miqrasiya haqqında qanunvericilik və bu sahədə edilmiş son dəyişikliklər barədə öz həmvətənlərini məlumatlandırmağı bildirmişdir.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur