Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndə heyəti ilə görüş keçirilmişdir

26 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində ölkəmizdə səfərdə olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 

Nümayəndə heyətinin rəhbəri, Rumıniya Daxili İşlər Nazirliyinin səlahiyyətlisi Emil Nikulesku bildirmişdir ki, “Miqrasiya sahəsində tərəfdaşlıq quruculuğu” layihəsi çərçivəsində artıq bir sıra MDB üzv dövlətlərində səfərdə olmuşlar. Məqsəd bu dövlətlərdə miqrasiya sahəsində vəziyyəti öyrənmək və 2008-ci ilin aprel ayında Praqada keçirilən Nazirlər Konfransında qəbul edilmiş eyniadlı Bəyannamənin müddəalarının icra vəziyyəti ilə tanış olmaqdır.

 

Görüş zamanı qonaqlara Azərbaycanda miqrasiya prosesləri, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi və bu sahədə görülən işlər barədə məlumat verilmişdir.

 

Sonra Dövlət Miqrasiya Xidməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur