Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “44” filmini izləyiblər

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə 2020-ci il İkinci Qarabağ müharibəsinə həsr olunmuş “44” tammetrajlı bədii filminin nümayişi keçirilib.

Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə kinoteatrda təşkil olunan nümayişin əsas məqsədi əməkdaşlar arasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və tarixi yaddaşın qorunmasını təşviq etmək, kollektiv həmrəyliyini və birliyini daha da möhkəmləndirmək olub.

İştirakçılar tərəfindən maraqla izlənilən film 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun nümayiş etdirdiyi qətiyyət və əzmkarlığı, hərbi qulluqçularımızın qəhrəmanlığını və Zəfərə gedən yolda göstərilən misilsiz şücaəti bədii ekran dili ilə əks etdirib.

Filmin nümayişi Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətinin bir daha vurğulanması, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, qazilərimizin və müharibə iştirakçılarının göstərdikləri şücaətə ehtiramın ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti