Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional baş idarə və idarələri tərəfindən Yevlax, Gəncə, Ordubad, Quba, həmçinin ali təhsil ocaqlarında -  Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Naxçıvan Dövlət Universitetində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyələr, hüquq-mühafizə orqanlarının əməkdaşları, işəgötürənlər, sahibkarlar, universitetlərdə təhsil alan əcnəbi və yerli tələbələr, regionlarda fəaliyyət göstərən mehmanxana və qonaq evlərinin nümayəndələri iştirak ediblər.

Tədbirlər miqrasiya qanunvericiliyi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, əcnəbilərin qeydiyyatı, hüquq və vəzifələri, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya qaydalarının pozulmasına görə məsuliyyət, həmçinin əcnəbi tələbələr, əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquq və vəzifələri ilə bağlı mövzulara həsr olunub.

Tədbirlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma və yaşama qaydaları, elektron xidmətlərdən istifadə, müraciət prosedurlarının asanlaşdırılması, həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti