Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Zəfər Gününə həsr olunmuş “Mən hələ buradayam” tamaşası təqdim edilib

8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında Dövlət Miqrasiya Xidmətinin əməkdaşı, şair Elnur Qərarinin (Şahmarov) müəllifi olduğu “Mən hələ buradayam” adlı tamaşanın təqdimatı keçirilib.

Tamaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə nümayiş olunub. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə Azərbaycan xalqının çoxəsrlik qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biri kimi tamaşada öz bədii əksini tapıb. Səhnə əsəri Vətənə sədaqət, milli ruh, qəhrəmanlıq və insan iradəsi kimi ali dəyərlərin təcəssümünə çevrilib.

Tamaşada Vətən müharibəsində qazanılmış tarixi Zəfərin mənəvi və tarixi əhəmiyyəti, qəhrəmanlıq salnaməsi, Vətənə bağlılıq, milli yaddaşın qorunması və şəhidlərin əziz xatirəsinə ehtiram mövzuları xüsusi bədii ifadə ilə təqdim olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti