Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti müsbət qiymətləndirilib

“Avropa İttifaqı-Azərbaycan Biznes Forumu” layihəsi çərçivəsində hazırlanmış Azərbaycanla bağlı Avropa İttifaqının Biznes Mühiti Hesabatının 2025-2026-cı illər üzrə buraxılışında ölkəmizin miqrasiya siyasəti, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və elektron xidmətlərinin biznes mühitinə töhfəsi müsbət qiymətləndirilib. Hesabatın məqsədi Azərbaycanın biznes mühitindəki son dəyişiklik və yenilikləri ölkəmizdə fəaliyyət göstərən Avropa şirkətlərinin baxışından əks etdirməkdir.

Miqrasiya siyasətinin Azərbaycanda biznes mühitinin əlverişli göstəricilərindən biri kimi dəyərləndirildiyi hesabatda Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərinin səmərəliliyinin respondentlər tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Hesabatda həmçinin Dövlət Miqrasiya Xidməti effektiv üç dövlət qurumundan biri kimi qiymətləndirilib.

Qeyd edək ki, ötən illərdə çap edilmiş biznes mühiti hesabatları çərçivəsində qiymətləndirmələrdə də ölkəmizin miqrasiya idarəçiliyi ön sıralarda yer alıb.

Dövlət Miqrasiya Xidməti xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal imkanların genişləndirilməsi və əcnəbilər üçün xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti