Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Anım Günü tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.

Dövlət Miqrasiya Xidmətinin aparatında da Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Miqrasiya Xidmətinin aparatında Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi”nin  önünə gül dəstələri düzüblər.

Dövlət Miqrasiya Xidmətinin akt zalında davam etdirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Öncə görkəmli dövlət xadimi, Ümummilli Lider  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Habil Nağıyev bildirib ki, Azərbaycan xalqı və şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib. O, dövlət-xalq-ordu birliyinin, xalqımızın möhkəm iradəsinin və hərbçilərimizin göstərdiyi şücaətin Qələbənin əldə olunmasında həlledici rol oynadığını vurğulayıb. Həmçinin dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma və mərhələli şəkildə həyata keçirilən köç proseslərindən bəhs edib.

Tədbirin sonunda şəhidlərimizin qəhrəmanlığını əks etdirən film nümayiş olunub.

Allah şəhidlərimizə rəhmət etsin.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti