Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Naxçıvana səfər ediblər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Naxçıvan regional miqrasiya baş idarəsinə iki günlük monitorinq səfərində olublar. Səfərin məqsədi idarənin iş prinsipi ilə tanış olmaq, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin və vətəndaş məmnunluğunun yerində qiymətləndirilməsi olub. 

Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib.

Sonra Şura üzvləri Naxçıvan regional miqrasiya baş idarəsinə səfər edərək əməkdaşların iş şəraiti ilə tanış olub və müraciətlərin qəbulu prosesini müşahidə ediblər.  Onlara idarə tərəfindən müraciət edən şəxslərə göstərilən xidmətlər, həyata keçirilən inzibati prosedurlar, o cümlədən mütəmadi təşkil edilən səyyar xidmətlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.

Şura üzvləri Naxçıvan “ASAN” xidmət mərkəzinə səfər çərçivəsində burada fəaliyyət göstərən Miqrasiya bölməsinin işi ilə yaxından tanış olublar. Bölmənin fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verən əməkdaşlar təşkil olunan işin müxtəlif aspektləri, təqdim olunan elektron xidmətlər barədə danışıb və üzvləri maraqlandıran sualları cavablandırıblar.

Bundan əlavə, Şura üzvləri Naxçıvan şəhər müvəqqəti yerləşdirmə mərkəzində əcnəbilər üçün yaradılan şəraitin miqrasiya qanunvericiliyinə uyğun təşkil olunma vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq həyata keçiriblər. Miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, hüquqlarının təmin edilməsi, eləcə də mərkəzin fəaliyyəti və infrastrukturu ilə tanış olublar.

Həmçinin, Naxçıvan regional miqrasiya baş idarəsinin Sədərək sərhəd buraxılış məntəqəsində yerləşən miqrasiya şöbəsinin fəaliyyəti ilə tanışlıq məqsədilə Şura üzvləri tərəfindən həmin ərazidə fəaliyyət göstərən əməkdaşlarla görüş təşkil edilib.

Şura üzvləri göstərilən xidmətlərin operativliyini və effektivliyini qiymətləndirərək, onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil olunduğunu bildiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti