Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin ilk 6 ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin ilk 6 ayı ərzində 33196 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 9754-ü müvəqqəti yaşama icazəsi, 674-ü müvəqqəti olma müddətinin uzadılması, 2219-u vətəndaşlıq məsələləri, 3597-i olduğu yer üzrə qeydiyyat, 2649-u daimi yaşama icazəsi, 4347-si iş icazəsi, 1166-sı inzibati xəta, 8790-ı isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası