Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirib.

Qonaqları səmimiyyətlə salamlayan Xidmət rəisi qurumun əsas fəaliyyət istiqamətləri, Azərbaycanın miqrasiya siyasətinin prioritetləri, bu sahədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vüsal Hüseynov Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. Xidmət rəisi Almatı Prosesi çərçivəsində istər Azərbaycanın sədrliyi dövründə, istərsə də Qazaxıstanın hazırkı sədrliyi zamanı həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Alim Bayel iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və mövcud münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti