Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında stend atıcılığı üzrə yarış təşkil olunub.
Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi ilə DMX Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Xidmətin 40-dan çox əməkdaşı iştirak edib. İştirakçılar ən sərrast atıcı adına layiq görülmək uğrunda öz bacarıqlarını nümayiş etdirərək hədəflərə atəş açıblar.
Yarışın yekun nəticələrinə əsasən ilk üç yeri tutan iştirakçılar diplomlarla mükafatlandırılıblar.
Azərbaycan Respublikası