Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən Ağdam, Göyçay, Şərur, Lənkəran, Cəlilabad və Qubada maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyələr, hüquq-mühafizə orqanlarının əməkdaşları, işəgötürənlər, sahibkarlar, həmçinin rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirlərdə miqrasiya qanunvericiliyinin tələbləri, əcnəbilərin qeydiyyatı, müvəqqəti və daimi yaşama icazələri ilə bağlı prosedurlar, elektron xidmətlər, inzibati məsuliyyət barədə məlumat verilib. Həmçinin Yüksəkixtisaslı Miqrant Portalı, təmin etdiyi güzəşt və imtiyazlar, qiymətləndirmə qaydaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti