Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib.

Təlimlər Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Turizm və Menecment Universitetinin və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələri tərəfindən keçirilib.

İnteraktiv şəkildə təşkil olunan təlimlər “Ulu Öndər Heydər Əliyev və uğurlu miqrasiya siyasəti”, “Azərbaycan Respublikasında məcburi köçkünlərin hüquqlarının qorunması və qanuni mənafelərinin təmin edilməsi”, “Dünyada Azərbaycan diasporu”, “Azərbaycanda turizmin inkişafı və perspektivləri”, “İnsan alverinə qarşı mübarizə”, “Təşkilati liderlik”, “Azərbaycanda əcnəbilər üçün təhsil imkanları. Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları” və “Miqrantların əmək hüquqları və onların müdafiəsi” mövzularına həsr olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti