Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Ulu Öndər – müasir və müstəqil Azərbaycanın memarı” mövzusunda təlim keçirilib

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə tərəfindən qurumun əməkdaşları ilə “Ulu Öndər – müasir və müstəqil Azərbaycanın memarı” mövzusunda onlayn görüş keçirilib.

Görüşün məqsədi müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və idarəçilik prinsiplərinin daha dərindən iştirakçılara çatdırılması olub.

Tədbirdə çıxış edən Aydın Mirzəzadə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət institutlarının formalaşdırılması və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi fundamental siyasət barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu bu gün də uğurla davam etdirilir və Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edir.

  Həmçinin Heydər Əliyevin idarəçilik məharəti çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinə olması illər keçdikcə gələcəkdə hələ çox-çox nəsillər bu təcrübədən bəhrələnməsi  görüş iştirakçılarının diqqətinə çatdırılıb.

  Görüş çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, mövzu ətrafında suallar cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti