Dövlət Miqrasiya Xidmətində tələbələr üçün maarifləndirici tədbir keçirilib
Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirin məqsədi gənclərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaq, onların nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək, həmçinin peşəkar bacarıqlarının formalaşdırılmasına dəstək vermək olub.
Tədbir çərçivəsində iştirakçılara miqrasiya sahəsində həyata keçirilən dövlət siyasəti, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, vətəndaşlara və əcnəbilərə göstərilən xidmətlər, həmçinin bu sahədə görülən işlər barədə ətraflı məlumat təqdim olunub.
Daha sonra iştirakçılar üçün infotur təşkil olunub. İştirakçılar Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin və Çağrı mərkəzi şöbəsinin fəaliyyəti ilə tanış olub, əməkdaşların gündəlik iş prosesi barədə praktiki məlumat əldə ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası

