“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib.
Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən keçirilib.
İnteraktiv şəkildə təşkil olunan təlimlər “Azərbaycan Respublikasının viza siyasəti”, “Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq” və “Bakı şəhər müvəqqəti yerləşdirmə mərkəzinin fəaliyyəti” mövzularına həsr olunub.
Bundan başqa iştirakçılar Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Çağrı mərkəzi şöbəsinin, həmçinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinin fəaliyyəti və iş şəraiti ilə tanış olublar.
Azərbaycan Respublikası