Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda təlim toplantısı təşkil edilib.

Tədbirin məqsədi “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd edilməsi ilə bağlı işçilərin məlumatlandırılması olub.

Tədbirdə Ümumdünya Mülki Müdafiə Gününün tarixi, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranması və inkişafı, vəzifələri, mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə ekoloji risklərin idarə olunması, eləcə də innovativ texnologiyalar barədə ətraflı məlumat verilib.

Həmçinin, görüşdə mülki müdafiənin əhəmiyyəti və Xidmət əməkdaşlarının fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən tədbirlər barədə danışılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti