Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə Dövlət Miqrasiya Xidməti növbəti dəfə 1-ci yeri tutub

23 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2025-ci ilin qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. Tədbirdə qiymətləndirmə ilə bağlı hesabat təqdim edilərək mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

Nəticələrə əsasən Dövlət Miqrasiya Xidməti ən yüksək göstəriciyə (96,83 faiz) malik olmaqla mərkəzi icra hakimiyyəti orqanları arasında birinci yeri tutub.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov iştirak edərək göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlərə uyğunlaşdırılması istiqamətində ötən dövr ərzində Xidmət tərəfindən görülmüş işlər barədə çıxış edib.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti 2016-cı ildən qiymətləndirmə prosesinə qoşulmaqla bu müddət ərzində xidmət keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər nəticəsində mərkəzi icra hakimiyyəti orqanları arasında 5 dəfə birinci yerə layiq görülüb.

Qeyd edək ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirilmənin keçirilməsində əsas məqsəd göstərilən xidmətlərin səmərəliliyinin, elektronlaşdırılmasının, nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Dövlət Miqrasiya Xidməti xidmət istifadəçilərinin məmnunluq səviyyəsinin artırılmasına yönəlik fəaliyyətini qarşıdakı dövrlərdə də davam etdirəcəkdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti