Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə məsləhətləşmələr keçirilib

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in icrasından irəli gələrək əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə onlayn formatda ilk ikitərəfli məsləhətləşmələr keçirilib.  

Azərbaycan Respublikasının nümayəndə heyətinə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, Qırğız Respublikasının nümayəndə heyətinə isə Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin Xarici miqrasiya idarəsinin rəisi rəhbərlik edib.

Görüşdə iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan keçirilən məsləhətləşmələrin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı tərəflər miqrasiya sahəsində qanunvericilik və miqrasiya proseslərinin tənzimlənməsi üzrə mövcud təcrübə barədə məlumat mübadiləsi aparıb, həmçinin iki ölkə arasında bu sahədə yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti